Arda Turandan basketbol şou... - Fotolar

16-01-2017, 09:18           

“Fənərbaxça Ülkər Arena”da basketbol oyununa baxmağa gedənlər maraqlı anlara şahid olub.

Musavat.com-un məlumatına görə, matçı izləməyə gələnlər arasında Arda Turan da olub. Oyunun ikinci hissəsində forma geyinib arenaya çıxan Arda Turan pasları və atdığı basketlərlə azarkeşləri təəccübləndirib.

Təxminən 5 dəqiqə ərzində oynayan və biri 3 sayı olmaqla iki basket atan Arda Turan ayaqla vuraraq topu səbətdən keçirmək istəyib. Lakin top səbətin kənarına dəyərək geri qayıdıb.

Arda Turandan basketbol şou... - Fotolar















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.