“Mançester Siti” 2008-ci ildən bu yana ilk dəfə belə məğlub oldu – VİDEO

16-01-2017, 09:54           
“Mançester Siti” 2008-ci ildən bu yana ilk dəfə belə məğlub oldu – VİDEO
Şəhərlilər ölkə çempionatında Evertona məğlub olublar

“Everton” futbol üzrə İngiltərə çempionatının 21-ci turu çərçivəsində doğma meydanda “Mançester Siti”ni 4:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, qolları Romelu Lukaku (34), Kevin Miralyas (47), Tom Devis (79) və Ademola Lukman (94) vurub.

“Mançester Siti” milli birincilikdə sonuncu dəfə 4 və daha çox top fərqi ilə 11 may 2008-ci il tarixində uduzub. Həmin vaxt “Midlsbro” “şəhərlilər”i 8:1 hesabı ilə məğlub edib.
Hazırda “Mançester Siti” 42 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. “Everton” aktivində 33 xalla 7-ci yerdədir.

Yanvarın 21-də keçiriləcək növbəti turda Hosep Qvardiolanın yetirmələri evdə Londonun “Tottenhem” komandası, “Everton” isə həmin gün səfərdə “Kristal Pelas” klubu ilə qarşılaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.