Qadınlar millimizin futbolçusunu qarət etdilər

8-02-2017, 20:28           
Qadınlar millimizin futbolçusunu qarət etdilər
Azərbaycan milli komandasının və “Araz Naxçıvan” klubunun futzalçısı Fineo de Araujo qarət olunub.
Dia.az report-a istinadən xəbər verir ki, hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib.
Braziliyalı legionerin gecə evinə dəvət etdiyi iki qadın qonaq onun 14 min manat pulunu oğurlayıb. O, qarət olunmasından səhər açılanda xəbər tutub.

Hadisə ilə əlaqədar Fineo hüquq-mühafizə orqanlarına şikayət edib. O, qarətçi xanımların Nuray və Könül adlı şəxslər olduğunu bildirib. Hazırda soyğunçuların tapılması istiqamətində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.