Qətər «Futbol 2022»-yə 200 milyard dollar xərcləyəcək - Dünyada isə müsəlmanlar aclıqdan qırılır!

9-02-2017, 09:56           
Qətər «Futbol 2022»-yə 200 milyard dollar xərcləyəcək - Dünyada isə müsəlmanlar aclıqdan qırılır!
Futbol üzrə 2022-ci il Dünya çempionatına ev sahibliyi edəcək Qətər ölkədə əsas idman obyektlərinin tikintisinə hər həftə təxminən, 500 milyon dollar xərcləyir. Məlumatı Britaniyanın «Qardian» qəzet yayıb.

Qətər hakimiyyəti elan edib ki, turnirə hazırlıq işlərinə təxminən, 200 milyard dollar vəsait məsrəf olunacaq. Bu vəsaitin bir hissəsi infrastrukturun, o cümlədən, xəstəxana və nəqliyyat şəbəkəsinin inkişafına yönəldiləcək.

Xeyli düşündürücüdür – Qətər adlı ərəb (müsəlman) dövlətinin «futbol eşqi» milyonlarla Suriyalı ərəbin cəlayi-vətən olduğu, Avropaya səpələndiyi (Avropalıların bir qismi onları qovur, bir qismi isə badalaq vurub yıxır – yəni onlarla məzələnirlər!), ölkədə qalanların isə aclıqdan və soyuqdan «azar tutmuş toyuq sürüsü» kimi qırıldığı fonda «fontan vurub»!

Daha nə deyəsən? Əhsən, belə ərəb (müsəlman) olmaqlığa!
AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.