Qvardiola “Barselona”nın baş məşqçisi postuna heç vaxt qayıtmayacağını bildirib

18-02-2017, 10:43           
Qvardiola “Barselona”nın baş məşqçisi postuna heç vaxt qayıtmayacağını bildirib
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola bildirib ki, bir də heç vaxt “Barselona”ya baş məşqçi qismində qayıtmayacaq.
İspaniyalının sözlərini “Goal” portalı sitat gətirib.
Ötən gün “The Sun” qəzeti yazıb ki, “Barselona”nın argentinalı futbolçusu Lionel Messi Qvardiolanı kluba qayıtmaq üçün razı salmağa çalışır.
“Xeyir, mən heç vaxt məşqçi kimi “Barselona”ya qayıtmayacağam. Mənim oradakı vaxtım ötüb”, – deyə Qvardiola bildirib.
Qvardiola 2008-2012-ci illərdə “Barselona”nın baş məşqçisi olub. Bu müddət ərzində klub üç dəfə İspaniya çempionu olub, iki dəfə İspaniya Kuboku və Superkubokunu qazanıb, həmçinin iki dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və Dünya Klub Çempionatının qalibi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.