İslam Həmrəyliyi Oyunlarında 4 minə yaxın idmançı iştirak edəcək

19-02-2017, 00:08           

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında 4 minə yaxın idmançı iştirak edəcək. Ancaq elə ölkələr var ki, iştiraklarını təsdiqləsələr də, idmançıların sayını müəyyənləşdirməyiblər. Ona görə, bu rəqəmi dəqiq demək hələ tezdir".

Bunu fevralın 18-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov jurnalistlərə müsahibəsində deyib.

E.Səfərov bildirib ki, “Bakı-2017”nin açılış və bağlanış mərasimlərində iştirak üçün 4 min 400 könüllü qeydiyyatdan keçib. Onlar martın 6-dan məşqlərə başlayacaqlar. Oyunların əməliyyat könüllülərinin sayı isə 8 min nəfər olacaq. Ümumilikdə “Bakı 2017”də 12 min 500-ə yaxın könüllü iştirak edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.