“Gözlənilməz şeylər baş verə bilər, geriyə yol yoxdur…”- Azərbaycan milli yığmasının baş məşqçisi

19-02-2017, 10:51           

Sabah Dünya kubokunun finallarına əsl döyüşə çıxan kimi çıxacağıq.
Gununsesi.info xəbər verir ki, bunu Trend-ə batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin deyib.
O, bildirib ki, ilk günün nəticələrini pis qiymətləndirmir:
“Hesab edirəm ki, idmançılar nəyə qadir olduqlarını göstərib. Mümkün olan 4 finaldan 3-nə vəsiqə qazanmaq normaldır. Onların yarışlar qabağı gördüyü işlərə və hazırlığa görə, yaxşı formada olanlar gözlənilən nəticəni göstərdilər”.
O qeyd edib ki, sabahkı gün üçün heç bir proqnoz verməyəcək:
“Finalda gözlənilməz şeylər baş verə bilər. Sabah geriyə yol yoxdur, maksimum gücümüzlə işləyəcəyik və finallara əsl döyüşə getdiyimiz kimi gedəcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.