"Barselona" İspaniya çempionatında "Atletiko"nu məğlub edib - VİDEO

27-02-2017, 09:27           
"Barselona" İspaniya çempionatında "Atletiko"nu məğlub edib - VİDEO
"Barselona" futbol üzrə İspaniya çempionatının 24-cü turunun səfər oyununda Madridin "Atletiko" klubunu 2:1 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, qalib komandanın heyətində Rafinya (64-cü dəqiqə) və Lionel Messi (86) fərqlənib. Meydan sahiblərinin yeganə qolunu Diyeqo Qodin (70) vurub.
Bu matç Diyeqo Simeonenin "Atletiko"nun baş məşqçisi postunda 300-cü oyunu olub.
Kataloniya kulubu turnir cədvəlində 54 xal ilə ikinci yerdə qərarlaşıb, "Atletiko" 45 xalla 4-cüdür.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.