Azyaşlı cəsurluğu ilə basketbol azarkeşləri arasında populyarlıq qazanıb - VİDEO

4-03-2017, 07:13           

ABŞ-ın Tələbə İdmanı Milli Asossiasiyası ("National Collegiate Athletic Association" – NCAA) liqasında "Fresno" və "Boyse" komandaları arasında keçirilmiş basketbol oyunda baş vermiş maraqlı epizodun azyaşlı qəhrəmanı artıq bir neçə gündür idman azarkeşlərinin sevimlisinə çevrilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, oyunun gedişi zamanı top lövhənin konstruksiyasına ilişib.
Oyunçular bir neçə dəfə cəhd göstərərək topu oradan çıxarmağa çalışıblar. Onlar hətta parket yumaq üçün istifadə edilən lif süpürgədən də istifadə ediblər. Lakin basketbolçulardan heç biri topu oradan çıxarmağa nail ola bilməyib.
Onları bu vəziyyətdən 8-9 yaşlı uşaq çıxarıb. Belə ki, o, hündürlükdən qorxmayaraq, yuxarı dırmaşıb və cəld tapşırığın öhdəsindən gəlib.
Azyaşlı idman azarkeşinin bu addımı ona populyarlıq gətirib. İdman azarkeşinin məlum hərəkəti böyük alqışlarla qarşılanıb.
Qeyd edək ki, Fresno" və "Boyse" komandaları arasında basketbol oyunu bir neçə gün əvvəl keçirilib.
[media=https://www.youtube.com/watch?v=lcKGIwQoEYo#action=share]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.