ÇL 1/8: “Bavariya” və “Real” 1/4 finald

8-03-2017, 10:39           
ÇL 1/8: “Bavariya” və “Real” 1/4 finald
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

Bu gün keçirilən 2 görüşdən sonra 1/4 finalın ilk iştirakçılarının adı məlum olub.

“Arsenal” öz meydanında “Bavariya”nı qəbul edib. Münhendə 5:1 hesablı qələbə qazanan “Bavariya” London səfərində də eyni hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.

“Napoli” – “Real” matçında da qonaqlar mərhələ adlayıb. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Madrid klubu eyni ssenari ilə Neapolda da rəqibini üstələyib.

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 1:5
İlk oyun – 1:5
Qol: Uollkot, 20 (1:0), Levandovski, 55-pen. (1:1), Aryen Robben, 68 (1:2), Duqlas Kosta, 78 (1:3), Arturo Vidal, 80 (1:4), 85 (1:5)
Qırmızı vərəqə: Koselni, 53 (“Arsenal”)

“Napoli” (İtaliya) – “Real” (İspaniya) – 1:3
İlk oyun – 1:3
Qol: Mertens, 24 (1:0), Serxio Ramos, 52 (1:1), 57 (1:2), Morata, 90+1 (1:3)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.