ÇL 1/8: “Yuventus” və “Lester” 1/4 finalda

15-03-2017, 06:52           
ÇL 1/8: “Yuventus” və “Lester” 1/4 finalda
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olacaq.
İtaliya çempionu “Yuventus” öz meydanında “Portu”nu qəbul edib. Portuqaliyada keçirilən ilk oyunda qalib gələn Turin təmsilçisi öz meydanında da qalib gələrək növbəti mərhələyə keçib.

Digər görüş İngiltərədə keçirilib. Premyer Liqanın son qalibi “Lester” öz meydanında “Sevilya”nı sınağa çəkib. İspaniyada keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazandığından komandaların şansları bərabər qiymətləndirilirdi. Bu oyunda isə “Lester” qalib gələrək 1/4-ə adlayıb.

“Yuventus” (İtaliya) – “Portu” (Portuqaliya) – 1:0
Qol: Dibala, 42-pen.
İlk oyun – 2:0
Qırmızı vərəqə: Perreyra, 40 (“Portu”)

“Lester” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:0
Qol: Morqan, 27 (1:0), Olbrayton, 54 (2:0)
İlk oyun – 1:2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.