Çempionlar Liqasında 1/4 finala son 2 vəsiqənin sahibi müəyyənləşib - VİDEO

16-03-2017, 08:47           
Çempionlar Liqasında 1/4 finala son 2 vəsiqənin sahibi müəyyənləşib - VİDEO
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, son iki cavab oyunundan Fransanın "Monako" və İngiltərənin "Mançester Siti" komandaları arasındakı görüş kifayət qədər dramatik alınıb.
"Knyazlıq klubu" Mançesterdəki ilk qarşılaşmadakı 3:5 hesablı məğlubiyyətin revanşını almağı bacarıb - 3:1. "Monako" məhz səfərdə daha çox qol vurduğu üçün 1/4 finala yüksəlib. Daha bir vəsiqəyə isə İspaniya "Atletiko"su sahib çıxıb. Madrid komandası Leverkuzendə 4:2 hesabı ilə yendiyi Almaniya "Bayer"i ilə evdə qolsuz heç-heçə edib.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
15 mart
23:45 Monako (Fransa) – "Mançester Siti” (İngiltərə) - 3:1
Qollar: Kilian Mbappe, 8. Fabinyo, 29. Tiemu Bakayoko, 79 - Leroy Sane, 71
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 3:5

23:45 "Atletiko” (İspaniya) – "Bayer” (Almaniya) - 0:0
Baş hakim: Sergey Karasyov (Rusiya)
İlk oyun 4:2

Daha öncə İspaniyanın "Barselona" və Real Madrid", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus", İngiltərənin "Lester" klubları da 1/4 finala yüksəlib. Növbəti mərhələnin püşkü martın 17-də atılacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.