“Beşiktaş” 10 nəfərlə tarixi qələbə qazandı, “Krasnodar” turnirlə vidalaşdı –Avropa Liqası

17-03-2017, 01:14           
“Beşiktaş” 10 nəfərlə tarixi qələbə qazandı, “Krasnodar” turnirlə vidalaşdı –Avropa Liqası
Bu gün Avropa Liqasında 1/8 final mərhələsində Türkiyənin "Beşiktaş” komandası möhtəşəm qələbə ilə tur adlayıb.

Strateq.az xəbər verir ki, öz meydanında "Olimpiakos”u qəbul edən türk komandası səfərdəki 1:1-lik bərabərliyin əvəzini artıqlaması ilə çıxıb. 38-ci dəqiqədən Abubakarın meydanda qovulması ilə 10 nəfərlə mübarizə aparan "Beşiktaş" möhtəşəm qələbə qazanıb – 4-1.

Oyunda qolları Abubakar 10-cu dəqiqədə (1:0), Babel, 22-ci dəqiqədə vurublar -2:0. 31-ci dəqiqədə isə yananlardan Elyounuossi fərqi azaldıb – 2:1). Babel 75-də hesabı 3:1-ə çatdırıb. Son qolu isə Cenk Tosun 84-cü dəqiqədə vurub.

Digər oyunda "Genk” (Belçika) "Gent”lə (Belçika) 1:1 hesabı ilə razılaşsa da ilk oyuna görə (5-2)mərhələ adlayıb.

Rusiyanın "Krasnodar” komandası isə səfərdə 2-1 uduzduğu "Selta”ya (İspaniya) 0:2 uduzmaqla, turnirə vida edib.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.