Ronaldo Portuqaliyada “İlin ən yaxşı futbolçusu” seçilib

21-03-2017, 10:10           

Madrid “Real”ının və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo “İlin ən yaxşı futbolçusu-2016” mükafatına layiq görülüb.

APA-nın xəbərinə görə, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat verib.

Bu il K.Ronaldo 4-cü dəfə “Qızıl top” mükafatını qazanıb, həmçinin 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə Avropanın ən yaxşı idmançısı seçilib. Ötən il K.Ronaldo Madrid “Real”ı ilə İspaniya, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş “İlin ən yaxşı məşqçisi” mükafatı ilə təltif olunub. Qaliblərinin mükafatlandırılma mərasimi Eştoril şəhərində keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.