UEFA Çempionlar Liqasında iştirak edəcək klublarla bağlı məlumat yayıb

23-03-2017, 08:44           
UEFA Çempionlar Liqasında iştirak edəcək klublarla bağlı məlumat yayıb
UEFA Çempionlar Liqasının 2018/19 mövsümü üçün qrup mərhələsində hansı ölkədən neçə komandanın iştirak edəcəyini açıqlayıb.

Apasport.az-ın məlumatına görə, qurum rəsmi saytı vasitəsilə yayımladığı məlumatda suallara aydınlıq gətirib.

Belə ki, İspaniya, Almaniya, İngiltərə və İtaliya qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 4 komanda ilə təmsil olunacaq.

Reytinq sıralamasında 5 və 6-cı pillələrdə qərarlaşmış Fransa və Rusiyanın iki komandası birbaşa həlledici mərhələdə yer alacaq. Hər iki ölkənin daha bir təmsilçisi isə pley-offlarda oynayacaq.

İlk onluqda qərarlaşmış digər ölkələr – Portuqaliya, Ukrayna, Belçika və Türkiyə qruplarda və pley-offlarda 1 komanda ilə mübarizə aparacaqlar.

11 və 12-ci pillələrin sahibi olan Çexiya və İsveçrədən isə bir klub qruplardan bir öncəki pley-off mərhələsində yer almağa haqq qazanacaqlar.

Qeyd edək ki, reytinq sıralamasında 26-cı pillədə yer almış Azərbaycan Avrokuboklarda ümumilikdə 4, Çempionlar Liqasında isə 1 komanda ilə mübarizə aparır ki, təmsilçilərimiz mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.