DÇ-2018-in seçmə mərhələsində V tura start verilib - VİDEO

25-03-2017, 10:00           
DÇ-2018-in seçmə mərhələsində V tura start verilib - VİDEO
Avropa zonasında futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin V turuna start verilib.
"Report"un məlumatına görə, turun ilk oyun günündə "D", "G" və "İ" qruplarında yer alan komandalar üz-üzə gəlib.
Azərbaycanlı futbolsevərlər üçün əsas maraq kəsb edən oyunda Türkiyə Finlandiyanı Cenk Tosunun iki qolu ilə üstələyib. Lakin bu qələbə "ay-ulduzlular"ın "İ" qrupunda irəliləməsinə kömək etməyib. Fatih Terimin baş məşqçi olduğu komanda 8 xalla 4-cü pillədə qalıb. Qrupun digər görüşlərində Xorvatiya Ukraynanı evdə, İslandiya isə Kosovonu səfərdə yenib.
"D" qrupunda yer alan Gürcüstan millisi evdə Serbiyaya uduzub - 1:3. Qonşu ölkə yığması erkən qolla önə çıxsa da, hesabı qoruya bilməyib. "Neftçi"dən çağırılmış Georgi Navalovski ilə "Qəbələ"dən dəvət alan Nika Kvekveskiri sonadək meydanda olsalar da, məğlubiyyətin qarşısını ala bilməyiblər. Avstriya Moldovanı 2 cavabsız topla yenibsə, günün qolsuz bitən yeganə matçında İrlandiya Uelslə "sülh"ə razılaşıb.
"İ" qrupunda İtaliya yığması ilə səfər matçına Albaniya millisini kapitan qismində "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli çıxarıb. Lakin Aqolli də məğlubiyyət acısı yaşayıb - 0:2. Bu görüş 57-ci dəqiqədə qonaq komanda fanatlarının meydana yandırıcı maddələr atmaları səbəbindən 10 dəqiqəyədək dayandırılıb. Fanatları albaniyalı futbolçular sakitləşdirə bilib. Qrupun digər oyunlarında İspaniya evdə İsraili, Makedoniya isə səfərdə Lixtenşteyni böyük hesabla yenib.
2018-ci il dünya çempionatı, Avropa zonası, V tur
24 mart
"D" qrupu
21:00 Gürcüstan – Serbiya - 1:3
Qol: Nika Kaçarava, 6 - Duşan Tadiç, 45-penalti ilə. Aleksandar Mitroviç, 64. Miyat Qaçinoviç, 86

23:45 Avstriya – Moldova - 2:0
Qol: Marsel Sabitser, 75. Martin Harnik, 90
23:45 İrlandiya – Uels - 0:0
Xal durumu: Serbiya - 11, İrlandiya - 11, Uels - 7, Avstriya - 7, Gürcüstan - 2, Moldova - 1.
"G" qrupu
23:45 İtaliya - Albaniya - 2:0
Qol: Daniele De Rossi, 12-penalti ilə. Çiro İmmobile, 71

23:45 Lixtenşteyn - Makedoniya - 0:3
Qol: Boban Nikolov, 43. İliya Nestorovski, 68; 73
23:45 İspaniya - İsrail - 4:1
Qol: David Silva, 13. Vitolo, 45+1. Dieqo Kosta, 51. İsko, 88 - Lior Refaelov, 76

Xal durumu: İspaniya - 13, İtaliya - 13, İsrail - 9, Albaniya - 6, Makedoniya - 3, Lixtenşteyn - 0.
"İ" qrupu
21:00 Türkiyə - Finlandiya - 2:0
Qol: Cenk Tosun, 9; 13

23:45 Xorvatiya - Ukrayna - 1:0
Qol: Nikola Kaliniç, 38
23:45 Kosovo – İslandiya - 1:2
Qollar: Atdhe Nuhiu, 53 - Byörn Siqurdarsson, 25. Gilfi Siqurdsson, 35-penalti ilə
Xal durumu: Xorvatiya - 13, İslandiya - 10, Ukrayna - 8, Türkiyə - 8, Finlandiya - 1, Kosovo - 1.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.