Bu gün boksçumuz finalda erməni idmançı ilə döyüşəcək

27-06-2015, 12:19           
Bu gün boksçumuz finalda erməni idmançı ilə döyüşəcək
Bu gün iyun ayının 27-də Bakı Kristal Zalda boks yarışlarının finalı keçiriləcək.

teref.az xəbər verir ki, 5 qarşılaşmanın 4-ündə Azərbaycan idmançıları rinqə çıxacaq.

91 kq çəkidə idmançımız Abdulqədir Abdullayevin rəqibi Ukraynanı təmsil edən erməni Gevorq Manukyan olacaq.

İlk olaraq mübarizəyə saat 18:15-də 60 kq çəkidə mübarizə aparan Albert Səlimov qatılacaq. Onun rəqibi fransalı Sofian Ouminadır.

Daha sonra mübarizəyə 69 kq çəkidə Pərviz Bağırov rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək.

75 kq çəkidə isə Xaybula Musalov irlandiyalı Mixael Oreillini rinqə dəvət edəcək












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.