Erməni boksçu azərbaycanlı ilə rinqə çıxmadı

27-06-2015, 23:07           
Erməni boksçu azərbaycanlı ilə rinqə çıxmadı
Bununla da qızıl medal boksçumuz Abdulqadir Abdullayevə verilib.
Birinci Avropa Oyunlarında boks üzrə yarışların sonuncu mərhələsinə start verilib.

Azərbaycanı 91 kq çəki dərəcəsində təmsil edən boksçu Abdulqadir Abdullayev finala vəsiqə qazanıb.

İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev üçün həlledici görüş prinsipial olacaqdı. Lakin Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyan döyüşə çıxmaqdan imtina edib. Bildirilib ki, o, zədələnib.

Bununla da qızıl medal boksçumuz Abdulqadir Abdullayevə verilib.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 21-ci qızıl medaldır. Bokçularımızın payına isə 6 qızıl medal düşür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.