Albert qızıl medal qazandı — FOTO, YENİLƏNİB

27-06-2015, 23:13           

60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Albert Səlimov həlledici döyüşünə çıxır.

Onun rəqibi Sofian Ouminadır.

Qeyd edək ki, Albert final görüşünə qədər bütün rəqiblərini 3:0 hesabı ilə məğlub edib.

***

Albert ilk raundda qalib gəlir.

***

İdmançımız ikinci raundda da fərqlənir.

***

Albert üçüncü raundu da qazanaraq qızıl medala sahib çıxır.

***

Albert Səlimova medalını Azərbaycan prezidenti İlham Əliyev təqdim edib. (qafqazinfo)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.