Medal qazanan idmançılara ödəniləcək məbləğ - 8 005 000 manat

29-06-2015, 15:50           
Medal qazanan idmançılara ödəniləcək məbləğ - 8 005 000 manat
I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına ümumilikdə 8 005 000 manat pul mükafatı ödəniləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə qızıl medalçılara və onların şəxsi məşqçilərinə 3 450 000 manat, gümüş medalçılara və onların məşqçilərinə 1 895 000 manat, bürünc medalçılara və onların məşqçilərinə 2 660 000 manat pul mükafatı veriləcək.
Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanıblar.
“Bakı-2015" I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 100 min manat prezident, 50 min manat Milli Olimpiya Komitəsi, onun məşqçisinə 50 min manat prezident, 25 min manat Milli Olimpiya Komitəsi mükafat verəcək.
II yeri tutanlar müvafiq olaraq 50 min və 30 min, onun məşqçisi 40 min və 15 min, üçüncü yeri tutan idmançı 30 min və 20 min, məşqçisi 15 min və 10 min pul mükafatı alacaq ("Turan").












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.