Zidandan sürpriz qərar

5-04-2017, 21:36           

Bu gün İspaniya La Liqasının 30-cu turunda “Real” səfərdə “Leqanes”in qonağı olacaq.

Madrid klubunun baş məşqçisi Zinəddin Zidan komandanın 3 aparıcı futbolçusunun bugünkü oyunda iştirak etməyəcəyini açıqlayıb.

Bunlar Kriştiano Ronaldo, Qaret Beyl, və Toni Kroosdur. Futbolçuların heç biri zədəli və ya cəzalı deyil. Sadəcə, Zidan onlara istirahət verməyi qərara alıb.

Qeyd edək ki, “Real” aprelin 8-də “Atletiko” ilə La Liqa matçında, aprelin 12-də isə “Bavariya” ilə Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.