Bağlanış Mərasiminə nə qədər pul xərclənib?

29-06-2015, 22:11           
Bağlanış Mərasiminə nə qədər pul xərclənib?
"Açılış və bağlanış mərasiminə ümumilikdə büdcədə 100 milyon manat nəzərdə tutulub. Bundan başqa əlavə xərclər də lazım oldu. Həftənin sonuna kimi dəqiq rəqəmlər bilinəcək".

ANS PRESS-in məlumatına görə, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda hesablamalar aparılır və sonda yekun rəqəm bilinəcək: "Düşünürəm ki, ümumi büdcə 100 milyondan aşağı olacaq. 960 milyon Avropa Oyunlarının büdcəsi idi. Manatın devalivasiyasına görə, bizə əlavə 134 milyon lazım oldu, ancaq biz onu dövlətdən almadıq. Digər xərclərdən qənaət edib yalnız 960 milyon manatı xərclədik".

Bakı Olimpiya Stadionun gələcək aqibətinə gəlincə isə nazir bildirib ki, ola bilsin orada müxtəlif konsertlər keçirilsin. Ancaq bu dəqiq deyil. Əgər stadionun saxlanılmasına çoxlu vəsait tələb olunsa, nazirliyin dövlətin büdcəsindən əlavə istəyi olacaq.

Azad Rəhimov Bakı Olimpiya Stadionun gələcək aqibətinə də aydınlıq gətirib. Nazir söyləyib ki, ola bilsin orada müxtəlif konsertlər keçiridik: "Ancaq bu fikirlər dəqiq deyil. Əgər stadionun saxlanılmasına çoxlu vəsait tələb olunsa, bizim dövlətin büdcəsindən əlavə istəyimiz olacaq".

Olimpiya stadionun əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.

68 min tamaşaçı tutumu olan stadionun 2015-ci ilin mart ayının əvvəlində istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.