İtaliya çempionatı: "Fiorentina" - "İnter" oyununda qapılara 9 qol vurulub - VİDEO

23-04-2017, 08:52           
İtaliya çempionatı: "Fiorentina" - "İnter" oyununda qapılara 9 qol vurulub - VİDEO
Fiorentina" futbol üzrə İtaliya çempionatının 33-cü turunun ev oyununda "İnter"i 5:4 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, qalib komandanın heyətində Matias Vesino Falero (23 və 64-cü dəqiqə), Davide Astori (62) və Houma Babakar (70, 79) fərqlənib.
Qonaqların qollarını İvan Perişiç (28) və Mauro İkardi (34, 88, 90) vurub. Matçın 52-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Federiko Bernardeski penaltini qola çevirə bilməyib.
"İnter" turnir cədvəlində 56 xal ilə 7-ci, "Fiorentina" isə 52 xalla 8-ci pillədə qərarlaşıb.
[media=https://www.youtube.com/watch?v=QDNZHFI_YXI]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.