“El-Klassiko“nu “Barselona“ qazandı – Video

24-04-2017, 07:50           
“El-Klassiko“nu “Barselona“ qazandı – Video
Bu gün bütün dünyanın diqqəti Madridə yönəlib. Cumhuriyyet.az xəbər verir ki, İspaniya La Liqasının 32-ci turunda “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edib.
Oyuna marağı artıran məqamlardan biri də komandaların qonşu pillələrdə qərarlaşması idi. Gərgin və maraqlı keçən qarşılaşma kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə “Barsa” həm də liderliyi “Real”dan alıb. Xalını 75-ə yüksəldən Luis Enrikenin komandası zirvəni ələ keçirib. Eyni xala malik “Real” isə ikinci pillədə qərarlaşıb. Madrid klubunun ehtiyatda bir oyunu var.
23 aprel
İspaniya La Liqası, 32-ci tur
22:45 “Real” – “Barselona” – 2:3
Qollar: Kasemiro, 28 (1:0), Messi, 33 (1:1), Rakitiç, 73 (1:2), Xames, 85 (2:2), Messi, 90+2 (2:3)
[media=https://www.youtube.com/watch?v=HwWChUtReh0]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.