"İnter" futbolçularının məşq bazasını tərk etmələrinə qadağa qoyulub

25-04-2017, 08:49           
"İnter" futbolçularının məşq bazasını tərk etmələrinə qadağa qoyulub
İtaliyanın "İnter" klubunun rəhbərliyi bu gündən futbolçuları məşq bazasında saxlamağa qərar verib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu addım komandanın qeyri-qənaətbəxş qəbul olunan son nəticələri ilə əlaqədar atılıb.
Milan klubu son 5 oyunda 3 məğlubiyyətlə üzləşib və 2 heç-heçə edib. Rəhbərlik baş məşqçi Stefano Pioliyə dəstək verib. Futbolçulara isə aprelin 30-dək bazanı tərk etmələri yasaqlanıb.
Hazırda "İnter" "A" Seriyasında 7-ci pillədə gedir. Komanda növbəti turda "Napoli" ilə qarşılaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.