Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub - VİDEO

26-04-2017, 08:02           
Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub - VİDEO
Futbol üzrə Boliviya çempionatının 12-ci turu çərçivəsində "Bolivar" və "San-Xose" komandaları arasında keçirilən oyunda ev sahiblərinin qolkiperi öz qapısından rəqibə qol vurub.
"Report" xəbər verir ki, 1:2 hesabı ilə geridə olan qonaqlar 94-cü dəqiqədə cərimə zərbəsi qazanıblar.
"San-Xose"nin qapıçısı Emmanuel Franko rəqibin cərimə meydançasına qədər gəlib, lakin top ötürmədən sonra birbaş "Bolivar"ın qapıçısı Matias Dituronun əlinə düşüb. O da fürsətdən yararlanaraq topu rəqibin boş qapısına vurub və əla qola imza atıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.