"Sevilya"nın baş məşqçisi Argentina millisinə rəhbərlik edəcək

28-04-2017, 08:55           
"Sevilya"nın baş məşqçisi Argentina millisinə rəhbərlik edəcək
Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiya təsdiq edib ki, İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xorxe Sampaoli futbol üzrə Argentina millisinə rəhbərlik edəcək.
"Report" xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Sampaolinin ispan klubu ilə müqaviləsi bir ildən sonra bitir. Müqaviləyə görə argentinalı mütəxəssis komandanı mövsümün sonunda 1,5 milon avro məbləğində dəbbə pulu ödəmək şərti ilə tərk edə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.