"Bavariya" Almaniya çempionu oldu

30-04-2017, 11:12           

Münhen "Bavariya"sı Bundesliqanın 31-ci turunda səfərdə "Volfsburq"u 0-6 hesabı ilə darmadağın edərək Almaniya Bundesliqasının ardıcıl 5-ci dəfə qalibi olub.

Trend-in məlumatına görə, Bundesliqanın sonuna 3 tur qalmış "Bavariya" (73 xal) ən yaxın izləyicisi olan "Leypsiqi" (63 xal) 10 xal qabaqlayaraq vaxtından əvvəl çempionluğunu təmin edib.

Qeyd edək ki, "Bavariya" turnirin 27-ci dəfə qalibi oldu və bu turnirin rekordu sayılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.