İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə futbolçu meydanı tərk edib

1-05-2017, 07:49           
İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə futbolçu meydanı tərk edib
"Peskara" klubunun qanalı yarımmüdafiəçisi Salli Muntari futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində "Kalyari" ilə keçirilən matç zamanı azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəbindən meydanı tərk edib.
teref.az BBC-yə istinadən xəbər verir ki, futbolçu görüşün 89-cu dəqiqəsində tribunalardan səsləndirilən irqçi şüarlara görə hakimə şikayət edərək matçın dayandırılmasını xahiş edib.
Hakim isə cavabında 32 yaşlı Muntariyə sarı kart göstərib. O, məhz bundan sonra etiraz əlaməti olaraq stadionu tərk edib.
"Kalyari" - "Peskara" oyunu 1:0 hesabı ilə başa çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.