Messi təklifi rədd etdi: "Barselona"dan gedir?

6-05-2017, 08:36           

"Barselona"nın futbolçusu Lionel Messi Kataloniya klubunun ona təklif etdiyi yeni müqaviləni rədd edib.

Qol.az-ın yaydığı xəbərə görə, argentinalı hücumçu ilinə 35 milyon avro qazanacağı təklifi müsbət cavablandırmayıb.

"Barsa"nın L.Messi üçün yeni müqavilə üzərində işlədiyi bildirilib. Yaxın həftələrdə tərəflər arasında razılıq əldə olunacağı gözlənilir. Onunla 5 illik yeni müqavilə imzalanacağı iddia edilir.

Qeyd edək ki, L.Messinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2018-ci ilin yayında başa çatır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.