“Real” 16 yaşlı futbolçunu 67 milyon dollara öz sıralarına qoşacaq

8-05-2017, 09:30           

Madrid “Real”ı “Flamenqo” klubunun16 yaşlı braziliyalı yarımmüdafiəçisi Vinisius Junioru öz sıralarına qoşmağa çalışır.

teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Globo.com yazıb.

Transferin məbləği 67 milyon dollardır (61 milyon avro).

Futbolçunu “Barselona” klubu da əldə etmək istəyir və bunun üçün 25 milyon avro (27,5 milyon dollar) təklif edib, lakin məbləğin azlığına görə rədd cavabı alıb.

Qeyd olunur ki, Juniorun “Real”a gəlişi 2018-ci ilin yayından öncə reallaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.