Azərbaycan milli komandası Kamerun yığması ilə heç-heçə edib

8-05-2017, 22:40           
Azərbaycan milli komandası Kamerun yığması ilə heç-heçə edib
Bakıda keçirilən lV İslam Həmrəyli Oyunlarında futbol üzrə qrup mərhələsinin I turuna yekun vurulub.
"Report"un məlumatına görə, açılış gününün son matçında 23 yaşadək Azərbaycan milli komandası Kamerun yığması ilə üz-üzə gəlib.
Görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, A qrupunun açılış oyununda Mərakeş Səudiyyə Ərəbistanını yenib - 1:0. B qrupunda isə Əlcəzair Türkiyəni 2:1 hesabı ilə məğlub etdiyi halda, Fələstin - Oman qarşılaşmasında 2:2-lik heç-heçə qeydə alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.