Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib - VİDEO

12-05-2017, 08:22           
Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib - VİDEO
Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib.
"Report"un məlumatına görə, həlledici görüşə vəsiqə verən oyunlar İngiltərə və Fransada baş tutub.
Yarımfinal mərhələsinin cavab oyununda "Mançester Yunayted" İspaniyada yendiyi "Selta"nı qəbul edib. Matç heç-heçə yekunlaşıb. "Lion" isə Hollandiyada 1:4 hesabı ilə uduzduğu "Ayaks"dan əvəz çıxmağa çox yaxın olub. Lakin oyunu ən azı uzatma dəqiqələrinə aparmaq üçün 1 qol çatmayıb. Beləliklə, mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək final matçında "Mançester Yunayted"lə "Ayaks" üz-üzə gələcək.
Qeyd edək ki, "Ayaks" 21 ildən sonra avrokubokların həlledici qarşılaşmasında oynayacaq.
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
11 may
23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya) - 1:1
Qollar: Maruan Fellaini, 17 - Fakundo Renkaqlia, 85
Qırmızı vərəqələr: Erik Bertrand Beylli, 88 - Fakundo Renkaqlia, 89
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 1:0

23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya) - 3:1
Qollar: Aleksandr Lyakazett, 45; 45+1. Raşid Gezzal, 81 - Kasper Dolberq, 27
Qırmızı vərəqə: Nik Viergever, 84 ("Ayaks")
Baş hakim: Şimon Martsinyak (Polşa)
İlk oyun – 1:4













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.