İslamiada: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

14-05-2017, 20:42           
İslamiada: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən cüdoçu Elxan Məmmədov qızıl medal qazanıb. "Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Məmmədov finalda öz həmyerlisi Elmar Qasımovu xəbərdarlıq xalları sayəsində yenib.
Bu, Azərbaycan cüdoçularının İslamiadada 6-cı qızıl medalı olub.
*** 18:54
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən cüdoçu Məmmədəli Mehdiyev qızıl medal qazanıb. "Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev finalda əlcəzairli Abderrahman Benamadini 2 dəqiqə 46 saniyəyə ipponla yenib.
Bu, Azərbaycan cüdoçularının İslamiadada 5-ci, ümumilikdə 13-cü qızıl medalı olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.