Azərbaycan atletindən QIZIL MEDAL - Bakı-2017

16-05-2017, 21:43           
Azərbaycan atletindən QIZIL MEDAL - Bakı-2017
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarında ikinci qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz Hanna Skidan qadınlar arasında çəkic atma yarışında bütün rəqiblərindən üstün olub.

Türkiyə atleti Kaya Kıvılcım Salman gümüş, mərakeşli Souakina Zakkour isə bürünc medala sahib olub.

Xatırladaq ki, bundan əvvəl para-atletika yarışlarında Samir Nəbiyev kürə itələmə yarışında çempion olmuşdu.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.