İslamiada: Mariya Stadnik də qızıl medal qazanıb - YENİLƏNİB-3

21-05-2017, 20:12           
İslamiada: Mariya Stadnik də qızıl medal qazanıb - YENİLƏNİB-3
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik qızıl medal qazanıb. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsindəki titullu pəhləvan finalda türkiyəli Evin Demirhanı vaxtından əvvəl tam üstünlüklə yenib.
*** 18:42
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Elis Manolova qızıl medal qazanıb. "Report"un məlumatına görə, 69 kq çəki dərəcəsindəki Manolova finalda qazaxıstanlı Jamila Bakbergenovanı vaxtından əvvəl tam üstünlüklə yenib.
*** 18:14
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Elmira Qəmbərova bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsindəki Qəmbərova 3-cü yer uğrunda görüşdə kamerunlu Berthe Emilyen Etane Nqolleni tam üstünlüklə yenib.
*** 12:54
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın güləşçilərin mübarizəsinə start verilib.
"Report"un məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda bu gün 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşir. 53 kq-da mübarizə aparan Leyla Qurbanova hər iki görüşü qələbə ilə başa vurub və İslamiadanın qızıl medalını qazanıb. Elis Manolova (69 kq) finala yüksəlibsə, Elmira Qəmbərova (63 kq) bürünc medal uğrunda güləşəcək.
48 kq
1-ci dövrə / Xeyra Şayma Yahyaui (Əlcəzair) - Mariya Stadnik - 0:10
2-ci dövrə / Mariya Stadnik - Evin Demirhan (Türkiyə)
53 kq
1-ci dövrə / Leyla Qurbanova - Burcu Kebic (Türkiyə) - 4:0 (tuşe)
2-ci dövrə / Aygül Nuralim (Qazaxıstan) - Leyla Qurbanova - 0:8
55 kq
1-ci dövrə / Emma Tissina (Qazaxıstan) - Nataliya Sinişin 0:5 (tuşe)
2-ci dövrə / Odunayo Folasade Adekuoroye (Nigeriya) - Nataliya Sinişin - 6:2
3-cü dövrə / Bediha Gün (Türkiyə) - Nataliya Sinişin
58 kq
1-ci dövrə / Derya Bayhan (Türkiyə) - Alyona Kolesnik - 6:14
2-ci dövrə / Alyona Kolesnik - Aysulu Tinibekova (Qazaxıstan)
60 kq
1-ci dövrə / Jozef Emilyen Essombe Tiako (Kamerun) - Tatyana Omelçenko - 0:6 (tuşe)
2-ci dövrə / Tatyana Omelçenko - Qamze Nur Adakan (Türkiyə)
63 kq
Bürünc medal görüşü - Berthe Emilyen Etane Nqolle (Kamerun) - Elmira Qəmbərova
1/2 final. Elmira Qəmbərova - Blessinq Oborududu (Nigeriya) - 0:4
69 kq
FİNAL. Jamila Bakbergenova (Qazaxıstan) - Elis Manolova
1/2 final. Elis Manolova - Buse Tosun (Türkiyə) - 5:0 (tuşe)
1/4 final. Elis Manolova - Blandin Metala Epanqa (Kamerun) - 6:0 (tuşe)
75 kq
1-ci dövrə / İrina Kazyulina (Qazaxıstan) - Səbirə Əliyeva - 6:8 (tuşe)
2-ci dövrə / Səbirə Əliyeva - Samar Hamza (Misir) - 0:5
3-cü dövrə / Ayperi Medet Kizi (Qırğızıstan) - Səbirə Əliyeva - 4:8 (tuşe)
4-cü dövrə / Səbirə Əliyeva - Yasemin Adar (Türkiyə)
Final görüşləri saat 18:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.