"Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb - RƏSMİ

23-05-2017, 14:13           
"Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb - RƏSMİ
"Qəbələ" klubu futbolçu Rəşad Sadiqovla yollarını ayırıb. Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
S.Səfiyarlı bildirib ki, 34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin uzadılmamasına qərar verilib: "Sadiqov komandamızda çıxış etdiyi 2,5 il ərzində çox kömək etdi. Amma artıq bəzi amilləri nəzərə alaraq, onunla anlaşmanı yeniləməmək qərarına gəldik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".
Qeyd edək ki, Rəşad Sadiqov "Qəbələ"də 2014-cü ilin dekabrından çıxış edirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.