Çində əcnəbi futbolçu transferinə görə 100 faizlik vergi tətbiq olunub

26-05-2017, 08:47           
Çində əcnəbi futbolçu transferinə görə 100 faizlik vergi tətbiq olunub
Çin Futbol Assosiasiyası (ÇFA) ölkəyə əcnəbi futbolçu axınını məhdudlaşdırmaq üçün yeni vergi sistemi tətbiq edib.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, məqsəd yerli klubların legioner transferlərinə astronomik məbləğlər ödəmələrini əngəlləmək və uşaq futboluna diqqəti çoxaltmaqdan ibarətdir.

Yeni qərara əsasən, borcu olan klublar iyunun 19-dan etibarən transfer dövründə futbolçuları heyətlərinə qatmaq üçün onlara ödəyəcəkləri məbləğ qədər vergini Çin Futbolunun İnkişafı Fonduna verəcəklər.

Qeyd edək ki, daha əvvəl ÇFA klubların maksimum 3 legionerlə meydana çıxmasına icazə verib. Həmin qərara əsasən, hər bir komandanın start heyətində Çin vatandaşı olan 23 yaşadək 6 futbolçu yer almalıdır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.