“Qızıl buts”un sahibi məlum olub

29-05-2017, 08:17           
“Qızıl buts”un sahibi məlum olub
"Barselona"nın və Argentina millisinin hücumçusu Lionel Messi mövsümün yekunlarına görə "Qızıl buts"a sahib çıxıb.

APA-nın məlumatına görə, "Qızıl buts" Avropa liqalarında rəqib qapılarından ən çox top keçirən futbolçuya verilir.

L.Messi İspaniya La Liqasının 2016/2017 mövsümündə 34 matçda ümumilikdə 37 qol vurub.

İkinci yerdə 34 qolla Lissabonun “Sportinq” klubunun hollandiyalı hücumçusu Bas Dost, üçüncü isə hesabında 31 qol olan Dortmund “Borussiya”sının qabonlu forvardı Pyer-Erik Obameyanqdır.

Qeyd edək ki, L.Messi “Qızıl top”u artıq dördüncü dəfədir ki, qazanır. O, bundan əvvəl 2010, 2012 və 2013 illərdə qitənin ən məhsuldar futbolçusu olub.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.