Braziliyada qapıçı mənasız qola görə taksiyə minərək stadionu tərk edib

1-06-2017, 08:12           
Braziliyada qapıçı mənasız qola görə taksiyə minərək stadionu tərk edib
Braziliyanın "Fiqeyrense" klubunun qapıçısı Fabio Qosalves "Boa"ya qarşı oyunda buraxdığı iki qola görə kədərlənib və fasilədə taksiyə minərək stadionu tərk edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Globo Esporte" nəşri yazıb.
Qonsalves komandadakı debüt oyununda çıxışda səhvə yol verərək kuryoz qol buraxıb. O, rəqib futbolçunun meydanın mərkəzindən vurduğu topu tuta bilməyib və matçda hesab açılıb. Qapıçı daha bir qolu isə penaltidən buraxıb.
Nəşr yazır ki, futbolçu fasilə zamanı taksiyə minərək şəxsi işlərinin dalınca gedib və bir daha kluba geri qayıtmayıb. Bundan sonra komanda rəhbərliyi 38 yaşlı qolkiperlə müqaviləni pozmaq qərarına gəlib.
Matç 2:0 hesabı ilə "Boa" klubunun xeyrinə başa çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.