Ayaz Quliyev: "Yaxında "Spartak"a qayıdıb-qayıtmayacağım bəlli olacaq"

2-06-2017, 08:21           
Ayaz Quliyev: "Yaxında "Spartak"a qayıdıb-qayıtmayacağım bəlli olacaq"
Moskvanın "Spartak" klubunun icarə əsasında "Anji"də çıxış edən Azərbaycan əsilli yarımmüdafiəçisi "qırmızı-ağlar"ın sırasına qayıtmaqla bağlı ehtimalları dəyərləndirib.
"Report" "Championat.com"a istinadən xəbər verirki, o,məsələnin yaxın vaxtlarda öz həllini tapacağını bildirib.
"Gələn mövsüm "Spartak"a qayıdacağammı? Hələlik bilmirəm. Hər şey yaxın 10 gün ərzində öz həllini tapacaq. Ya "Spartak"da oynayacağam, ya da "Anji"də qalacağam. Mən "Spartak"ın çempionluğuna sevinirəm, xüsusən də, belə bir fasilədən sonra. "Anji"nin də uğuruna az sevinmirəm. Mən premyer-liqada qalacağımıza inanırdım", — deyə Quliyev bildirib.
Azərbaycanlı futbolçu 2016/17-ci illər mövsümündə "Anji"də 12 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.