İtaliyada ÇL-nin final oyunu zamanı düşən basırıq nəticəsində 1000-dən çox insan xəsarət alıb - VİDEO

4-06-2017, 12:38           
İtaliyada ÇL-nin final oyunu zamanı düşən basırıq nəticəsində 1000-dən çox insan xəsarət alıb - VİDEO
Şənbə günü axşam İtaliyanın Turin şəhərinin mərkəzi meydanında futbol üzrə Çempionlar Liqasının final oyununun kütləvi seyri zamanı 1000-dən çox insan xəsarət alıb.
"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, insanlar təşvişdən yaranan basabas nəticəsində xəsarət alıblar.
Meydanda yerli "Yuventus"la Madridin "Real" klubu arasında final oynunun canlı yayımını təqribən 30 min insan izləyib. İnsident matçın 64-cü dəqiqəsində, "Real"ın "Yuventus"a vurduğu 3-cü qoldan sonra qeydə alınıb. Xaos hələ də məlum olmayan səbəbdən yaranıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.