Alleqri "Yuventus"la müqaviləni uzatmağa yaxındır

6-06-2017, 09:23           
Alleqri "Yuventus"la müqaviləni uzatmağa yaxındır
İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri Fransa PSJ-si tərəfindən təklif gəlməsinə baxmayaraq Turin komandası ilə müqaviləni uzatmağa yaxındır.
"Report" xəbər verir ki, bu barədə jurnalist Canluki Di Martsionun saytı yazıb.
Yaxın günlərdə mütəxəssis komanda rəhbərliyi ilə görüş keçirəcək və hər iki tərəf nikbin əhval-ruhiyyədədir. Yeni saziş, ehtimal ki, 2019-ci ilə qədər nəzərdə tutulacaq. Hazırda müqavilənin müddəti 2017/18-ci illər mövsümünün sonunda başa çatır.
Alleqri Turin klubuna 2014-cü ildə gəlib və üç skudetto daxil olmaqla 7 titul qazanmağa müvəffəq olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.