Ukrayna Maltaya məğlub oldu VİDEO

7-06-2017, 08:15           
Ukrayna Maltaya məğlub oldu VİDEO
Ukrayna milli komandası yoldaşlıq görüşündə Malta yığmasına uduzub.

Avstriyanın Qrats şəhərindəki Arnold Şvartsenegger adına stadionda keçirilmiş qarşılaşmada "cırtdan ölkə" komandası 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 14-cü dəqiqədə yarımmüdafiəçi Zak Muskat vurub. Ona ötürməni müdafiəçi Aleksander Muskat verib.

Qeyd edək ki, FİFA-nın son reytinq siyahısında Ukrayna 37-ci, Malta 182-ci pillədə yer alıb. Malta 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Millimiz Bakıdakı görüşdə 2:0 hesabı ilə qalib gəldiyi halda səfərdə heç-heçə edib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.