"Barselona" Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb

8-06-2017, 09:09           
"Barselona" Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb
"Barselona" Lionel Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

APA-nın xəbərinə görə, bu barədə “Marca” yazıb.

Məlumata əsasən, müddəti 2021-ci və yaxud 2022-ci ilə kimi nəzərdə tutulan yeni müqavilə iyunun sonundan tez olmayaraq imzalanacaq. Müqavilənin digər təfərrüatları barədə məlumat verilmir. Bundan əvvəl İspan KİV-ləri klub rəhbərliyinin Messiyə müqaviləni artırması üçün 40 milyon avro məbləğində mükafat və illik 35 milyon avroluq maaş təklif etdiyini yazıb.

Argentinalının “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır. 30 yaşlı L. Messi “Barselona”da 2003-cü ildən çıxış edir. Argentinalı oyunçu cari mövsümdə La Liqada 34 oyunda 37 qol vuraraq 4-cü dəfə "Qızıl buts" mükafatının sahibi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.