Bakı Olimpiya Stadionu "Neftçi"yə verildi

9-06-2017, 00:11           
Bakı Olimpiya Stadionu "Neftçi"yə verildi
Bakı Olimpiya Stadionu SOCAR-ın balansından çıxarılıb.

Bunu BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova deyib. Onun sözlərinə görə, nəhəng arena “Neftçi” İdman Klubu İctimai Birliyinin balansına keçib: “Bildiyiniz kimi, Bakı Olimpiya Stadionu SOCAR-ın balansında idi. İndi isə neft şirkətinin rəhbərliyi tərəfindən qərar qəbul olundu ki, SOCAR-ın balansında olan bütün idman qurğuları “Neftçi” İKİB-in hesabına keçirilsin və onlar tərəfindən idarə olunsun. Bununla bağlı olaraq nizamnamə kapitalı 590 milyon manatdan 1000 manatadək azalıb. Bu, sırf iqtisadi bir addımdır. Bir sıra planlarımız var və gələcəkdə bunları reallaşdırmağa çalışacağıq.

Stadionun istər rəhbər, istərsə də komanda heyətində heç bir dəyişiklik olmayacaq. Bildiyiniz kimi, UEFA-nın baş katibi Teodor Teodoridis hazırda Bakıdadır. O, bu gün Bakı Olimpiya Stadionunda olub. Çempionlar Liqasının və Avropa Liqasının final matçının BOS-da keçirilməsi ilə bağlı müzakirələr aparıldı. İnanırıq ki, sentyabr ayında şad xəbər alarıq”.

Qeyd edək ki, “Neftçi” İKİB-in sədri Sadıq Sadıqovdur. O, bundan əvvəl “Neftçi” futbol klubunun prezidenti kimi fəaliyyət göstərib.(Yenicag.az)шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.