Lyuis Hemilton Kanada Qran-prisinin qalibi oldu

12-06-2017, 07:48           

"Mercedes" komandasının sürücüsü Britaniyalı Lyuis Hemilton Monrealdakı trasda Kanada Qran-prisinin qalibi oldu.

Trend-in məlumatına görə, onun komanda yoldaşı Valtteri Bottas ikinci yerdə, "Red Bull" komandasının avstraliyalı sürücüsü Deniel Rikyardo isə üçüncü yerdə qərarlaşıblar.

Lyuis Hemilton Kanada Qran-prisinin ardıcıl 3-cü, cəmi isə 6-cı dəfə qalibi oldu.

Ümumi hesaba əsasən, 1-ci pillədə "Ferrari" komandasının sürücüsü Sebastyan Fettel (141 xal), 2-ci pillədə Lyuis Hemilton (129 xal), 3-cü yerdə isə Valtteri Bottas (93 xal) qərarlaşıblar.

Qeyd edək ki, Formula-1 növbəti mərhələsi - Azərbaycan Qran-prisi - iyun ayının 23-dən 25-nə qədər keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.