3 qat dünya çempionu Fuad əməliyyat olundu: “Sağlamlığımı itirdim”

16-06-2017, 09:44           
3 qat dünya çempionu Fuad əməliyyat olundu: “Sağlamlığımı itirdim”
Kikboks üzrə 3 qat dünya çempionu Fuad Zeynalov ürəyindən əməliyyat olunub.

Musavat.com xəbər verir ki, xəstəxanadan fotosunu paylaşan idmançı bu haqda sosial şəbəkədə məlumat yayıb: "Bu həyatda idmanın sayəsində çox şeylər qazandım: ad-san, əzmkarlıq, güc, çempionluq hissi, özünə güvən, iradə, yaxşı bədən forması, pul kənardan diqqət və qayğı və s. Amma sağlamlığımın bir hissəsini itirdim. Nə isə qazanmaq üçün nə isə qurban verirsən. Bu günü də belə yola verdik. Bu günümüzə də şükür”.

Qeyd edək ki, onun ürəyindən əməliyyat olunduğunu isə müğənni Vüqar Muradov öz səhifəsində yazıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.