Ronaldu İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib

23-06-2017, 08:49           
Ronaldu İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib
“Real” (Madrid) futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib.

APA-nın “Marca”ya istinadən verdiyi xəbərə görə, 32 yaşlı futbolçu iyulun 31-də öz mövqeyini məhkəmə qarşısında izah etmək niyyətindədir. Ronaldunun proseslə əlaqədar artıq “Baker & McKenzie” beynəlxalq hüquq şirkətinin iki vəkili ilə müqavilə bağladığı bildirilir.

Qeyd edək ki, K.Ronaldu 2011-2014-cü illərdə İspaniyanın dövlət qurumlarına 14,7 mln. avro vergidən yayınmaqda şübhəli bilinir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.