Lüksemburqun dördüncü klubu "Qlazqo Reyncersi" Avroliqadan kənarlaşdırıb

5-07-2017, 08:24           
Lüksemburqun dördüncü klubu "Qlazqo Reyncersi" Avroliqadan kənarlaşdırıb
Şotlandiyanın Qlazqo şəhərini təmsil edən "Reyncers" klubu səfərdə Avropa Liqasının birinci seçmə mərhələsinin cavab oyununda Lüksemburqun "Niderkornu" kollektivinə 0:2 hesabı ilə məğlub olub.
"Report" TASS-a istinadən xəbər verir ki, birinci oyun Şotlandiya komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, növbəti mərhələyə Lüksemburq klubu çıxıb.
54 dəfə Şotlandiya çempionu olan "Reyncers" Avropa kuboklarında 2011/12-ci illər mövsümündən bu yana birinci dəfədir iştirak edib. Komanda 2012-ci ildə maliyyə problemləri səbəbindən əhəmiyyətinə görə 4-cü diviziyaya göndərilib. Komanda Premyer Liqaya 2016/17-ci illər mövsümünün əvvəlində qayıdıb. Komanda üçüncü yeri tutmaqda Avropa Liqasında oynamaq hüququ qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.